SON XƏBƏRLƏR
Bakıda sürücü yatdı, 2 maşın toqquşdu - FOTO

Bakının Qaradağ rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

İctimaifikir.az "Report"a istinadən bildirir ki, 1982-ci il təvəllüdlü Süleymanov Yasin Vaqif oğlunun idarə etdiyi "Foton Ollin" markalı özəl şirkətə məxsus kiçik tutumlu yük maşınının sürücüsü sükan arxasında yuxulayıb.

Bakıda sürücü yatdı, 2 maşın toqquşdu - FOTO
Nəticədə "Foton Ollin" eyni istiqamətdə hərəkətdə olan Şükürov Elmir Sahib oğlunun idarə etdiyi "Kamaz" markalı yük maşınının arxa hissəsinə çırpılıb.
Qəza zamanı Y.Süleymanov ağır xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.




[email protected]