SON XƏBƏRLƏR
Tərtərdə şübhəli şəxs 5 kq narkotiklə yaxalandı

Tərtər Rayon Polis Şöbəsinə Düyərli kənd sakini olan bir nəfərin narkotik istifadəçisi olması və üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. 

DİN mətbuat xidmətindən  verilən xəbərə görə, məlumatın yoxlanılması məqsədilə həmin şəxsin saxlanılması üçün müvafiq tədbirlərə başlanılıb.

Əməliyyat qrupu əlində çanta olan həmin şübhəli şəxsi Düyərli kəndi ərazisində əkin sahəsindən evə qayıdarkən saxlayaraq Polis Şöbəsinə gətirib.

Araşdırmalarla onun kənd sakini Qədir Qədimzadə olması müəyyən edilib. Onun üzərinə və çantasına baxış keçirilib. Çantadan 2 sellofan torbalara bükülmüş yaşıl qoxulu maddə aşkar edilərək götürülüb və ekspertizaya təqdim olunub.

Ekspertiza həmin maddənin ümumi çəkisi 5 kiloqram 315 qram qurudulmuş marixuana olması barədə rəy verib. 
Faktla bağlı cinayət işi açılıb. İstintaq-əməliyyat tədbirləri aparılır.




[email protected]