SON XƏBƏRLƏR
Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutuldu

Bakıda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.

İctimaifikir.az  DİN-ə istinadən xəbər verir ki, Sabunçu rayon 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 31-də Balaxanı qəsəbəsindəki evlərin birindən 37000 manat pul və 6000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Aleksandr Miroşkin tutulub.

Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutuldu
        
İyulun 10-da Nəsimi rayonu A.Mustafayev küçəsindəki binalardan birinin üzərində quraşdırılan "Azerconnect" şirkətinə məxsus ötürücü bazanı rabitə ilə təmin edən kabelin 40 metrlik hissəsi kəsilərək oğurlanıb. Nəsimi rayon 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Röyal Əliyev saxlanılıb.
 
Hər bir faktla bağlı araşdırma aparılır. 




[email protected]