ABŞ prezidenti Donald Trampın oğlu ötən il Hillari Klinton barədə xələl gətirən informasiya vəd verən Kreml-ə bağlı rus vəkillə görüşməyə razılıq verib, New York Times xəbər verir.

Gənc Tramp bildirib ki, o, Natalya Veselnitskaya ilə görüşüb, amma bu "mənasız informasiya" barədə xanım Klinton məlumatlandırılıb.
Görüşdə həmçinin prezidentin kürəkəni Cared Kuşner və kampaniyanın o vaxtki rəhbəri Paul Manafort da iştirak ediblər.
ABŞ rəsmiləri Rusiyanın ABŞ seçkilərinə müdaxilə iddialarını araşdırırlar.
Federal Təhqiqatlar Bürosu və Konqres Tramp kampaniyasının "Kreml təxribatı" ilə işbirliyi edib-etmədiyini araşdırır, hələlik hansısa sövdələşmə faktı əldə edilməyib.
Xanım Veselnitskaya ilə görüş 9 iyul 2016-cı ildə, cənab Tramp Respublika partiyasının namizədi seçildikdən iki həftə sonra New York şəhərindəki Trump Qülləsində keçirilib.
Rusiya vətəndaşı ilə bu görüşün dar dairədə keçirildiyi güman edilir.
New York Times qəzeti bu barədə ilk dəfə şənbə günü yazıb. Həmin vaxt cənab Tramp Jr və xanım Veselnitskaya görüşdüklərini, amma seçkiləri müzakirə etmədiklərini bildiriblər.
Bazar günü isə New York Times qəzeti yazıb ki, oğul Trampa demokratların namizədi xanım Klinton barəsində önəmli informasiya vəd edildikdən sonra o, görüşə razılıq verib.
Qəzet bu məlumatı Ağ Evin üç məsləhətçisi və daha iki məlumatlı şəxsdən aldığını yazır.
Görüş 9 iyul 2016-cı ildə New York şəhərindəki Tramp qülləsində keçirilib.
Gənc Tramp bazar günü verdiyi bəyanatında deyib ki, bir tanışı ondan "kampaniyaya faydalı ola biləcək məlumatı olan bir şəxslə" görüşməyi istəyib.
"İclasdan əvvəl mənə onun adı deməyiblər. Mən Cared [Kuşner] və Pauldan [Manafort] görüşdə iştirak etmələrini istədim, amma onlara başqa heç nə demədim."
"Xoş sözlərdən sonra qadın bildirdi ki, onda Demokratik Milli Komitəsini maliyyələşdirən və xanım Klintonu dəstəkləyən Rusiyaya bağlı olan fiziki şəxslər barədə məlumatlar var."
"Onun bəyanatları dumanlı, birmənalı və önəmsiz idi. Heç bir təfərrüat və ya dəstəkləyici məlumat verilmədi. Həmin vaxt aydın oldu ki, onda heç bir mənalı informasiya yoxdur," deyə o əlavə edib.
Oğul Tramp bildirib ki, xanım Veselnitskaya sonradan ABŞ-da dayandırılmış Rusiyadan uşaq övladlığa götürmək barədə proqram barədə danışıb.
"Onda mənə aydın oldu ki, əsl müzakirə mövzusu bu idi və onun faydalı məlumat iddiaları isə görüş üçün bəhanə idi" (BBC).