"Səbail" Portuqaliyadan futbolçu aldı

Premyer Liqanın debütantı "Səbail" heyətinə daha bir futbolçu cəlb edib.

İctimaifikir.az  apasport.az-a istinadən xəbər verir ki, Maudo Lamine Jarjue paytaxt təmsilçisində çıxış edəcək.

"Səbail" Portuqaliyadan futbolçu aldı

19 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. Qvineya-Bisaulu futbolçu son mövsümü Portuqaliyanın 1-ci liqa komandası "Gil Visente"də keçirib.
 
Qeyd edək ki, dünən Bakıya gələrək müqaviləyə qol çəkən Maudo Türkiyə toplanışına komanda ilə birlikdə yollanacaq.




[email protected]