Göygöldə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
İctimaifikir.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Şəmkir rayon sakini, 1953-cü il təvəllüdlü Vəliyev Vəkil İbrahim oğlunun idarə etdiyi "Mercedes" ilə Gəncə şəhər sakini, 1972-ci il təvəllüdlü Qasımov Mahir Ənvər oğlunun idarə etdiyi "VAZ 21099" markalı avtomobil toqquşub.
Qəza zamanı "VAZ"da olan 1995-ci il təvəllüdlü Allahverdiyeva Əfsanə, 1984-cü il təvəllüdlü İsmayılova Aynura və onun 6 yaşlı övladı Gülmira müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.