Pepenin "Real"dan ayrılmasından sonra komandada ikinci vitse-kapitanın kimliyi bəlli olub.
İctimaifikir.az apasport.az-a istinadən xəbər verir ki, bu vəzifəni Ronaldu yerinə yetirəcək.
Belə ki, komandanın əsas kapitanı Serxio Ramosdur. Onun yoxluğunda "sarğı" müdafiəçi Marseloya əmanət edilir. Əgər hansısa səbəbdən Marselo da olmasa, bu zaman komandanı Ronaldu meydana çıxardacaq. İstisna hallarda, Ronaldunun da yoxluğunda Benzema bu funksiyanı yerinə yetirəcək.
Maraqlıdır ki, Kristianu Ronaldu ilk dəfə 2013-cü ildə "Real"ı kapitan kimi meydana çıxarıb. Yanvarın 6-da "Real Sosyedad"la oyunda (4:3) İker Kasilyas və ikinci kapitan Qonzalo İquayn ehtiyatda qaldığı üçün Ronaldu sarğını qoluna taxmışdı. Digər vitse-kapitanlar Marselo və Ramos isə həmin oyunda iştirak ərizəsində yer almamışdılar.