ABŞ Dövlət departamentindən erməni vəhşiliyi ilə bağlı açıqlama

Münaqişə yalnız danışıqlar və beynəlxalq hüquq, o cümlədən ərazi bütövlüyü prinsipi əsasında həll oluna bilər.

İctimaifikir.az  Trend-ə istinadən bildirir ki, bu haqda ABŞ Dövlət departamentinin mətbuat xidmətinin nümayəndəsi Hizer Nauer iyulun 6-sı brifinqdə deyib.

ABŞ Dövlət departamentindən erməni vəhşiliyi ilə bağlı açıqlama

Onun sözlərinə görə, Birləşmiş Ştatlar əvvəlki kimi iyulun 4-də Dağlıq Qarabağ Münaqişəsində atəşkəs rejiminin pozulması nəticəsində bir neçə dinc sakin, o cümlədən 2 yaşlı uşağın həlak olmasından dərin narahatdır:

"Bu hadisə təmas xətti yaxınlığında baş verib. Biz bu qurbanların ailələrinə bizim səmimi başsağlığımızı bildirmək istərdik"

Dövlət Departamentinin mətbuat xidmətinin nümayəndəsi bildirib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədrləri ilə yanaşı hərbi əməliyyatları dayandırmağa və tərəfləri danışıqlar masasına qayıtmağa çağırır.

Hizer Nauer qeyd edib ki, münaqişə yalnız danışıqlar və beynəlxalq hüquq, o cümlədən ərazi bütövlüyü prinsipi əsasında həll oluna bilər.




[email protected]