Dünyanın ən məşhur kosmetika brendi artıq Azərbaycanda - Enjoyllery by Fashion TV

Enjoyllery by Fashion TV dünyanın ən məşhur dekorativ kosmetika brendidir. Azərbaycanda "VİP Style” Estetik Klinikasının eksklüziv olaraq təqdim etdiyi bu möhtəşəm məhsullar artıq xanımlarımız üçün əlçatandır. 
 
 
Dünyanın ən məşhur kosmetika brendi artıq Azərbaycanda - Enjoyllery by Fashion TV



Enjoyllery by Fashion TV mineral və təbii tərkiblidir, üzə heç bir süni görünüş vermir. Üzdə çox təbii görünən tonal kremlər iki növdədir: Truffle Foundation və Second Skin

Truffle Foundationun tərkibində dərini qidalandırıcı komponemtlər çoxdur, üzə yaxşı hopur. Kremi üzə çəkəndə məsamələrə dolmur, eyni zamanda üzü hamar edir və problemlərini örtür.



Second skin isə üzə mat effekt verir. Mat effekt verməklə yanaşı, üzə ikinci dəri hissiyatı verir. Dəridə yayılmağı çox rahatdır.
 
Məhsulun makiyaj altı bazaları 3 növdə də mövcuddur. Silikon olanı dərini nəmləndirir və hamarlaşdırır. Xüsusilə quru dərilər üçün mükəmməl nəticə əldə etmək mümkündür. Tonal kremin altından çəkmək üçün möhtəşəm vasitədir. 

Green primer - yaşıl rəngdə olan isə dəridə olan qüsurları, qızartıları, səpkiləri və qara nöqtələri bağlayır. Örtücülüyü çox yüksəkdir. 

Rosa primer - çəhrayı rəngdə olan dəridəki çilləri, xırda və piqment ləkələrini örtməyə kömək edir. Müxtəlif xüsusiyyətə malik olan 3 növ bazanın hər biri dərini hamarlaşdırır. Üzərindən tonal krem, pudra və krem pudra çəksəniz daha da yaxşı effekt ala bilərsiniz. 

"Highlighter” adlanan kosmetik vasitə yanağa və almacıq sümüyünün üst hissəsinə çəkilir.



Yanağı daha dolğun və canlı göstərir. Eyni zamanda qaşın alt hissəsində və üzə korreksiya etdikdə istifadə etmək olar. Xüsusi mineral tərkiblidir, müxtəlif çeşidləri mövcuddur. 

Brendə aid göz kölgələri 3 çeşiddədir: mat, zərli, sədəfrənglilər.



Zərli olanlar iki hissəyə bölünür: "Highlighter” kimi istifadə olunanları var: ənlik çəkirsiz, üstündən parlaq etmək istəyirsinizsə, həmin kölgədən istifadə edə bilərsiniz. Sırf kölgə kimi yox, ikisi birində istifadə edilməlidir.



Məsələn, "multicolor” kölgələr həm kölgə həm də ənlik kimi istifadə olunur. Onların da çeşidləri boldur. Mat kölgələrin xüsusi rəngləri var ki, qara, qəhvəyi, boz tonları həm qaşa, həm gözə istifadə etmək olar.
 
Brendin iki növ dodaq boyası mövcuddur. Dodaq boyası mat, sədəf rənglilər və gigiyenik-balzam tərkibli olur. Gigiyenik dodaq boyalarının tərkibdə "A”, "E”, "C” vitaminləri var. Dodaqları mükəmməl nəmləndirir, qurumağa qoymur və bununla yanaşı həm də rəngli ton verir. Mat dodaq boyalarının qalıcılığı yüksəkdir. Dodaqlarda uzun müddət qalır və dodağı qurutmur. Tərkibində "şi yağı” var.



Sədəfrəngli dodaq boyalarının da tərkibində "şi yağı” var. Yeganə işıltılı dodaq boyalarındandır ki, dodağı qurutmur, dolğun görünüş verir. 

"Enjoyllery by Fashion TV” iki növdə tuş təqdim edir - Kirpikləri darayıb uzadan, sıxlaşdıran və həcm verən. Silikon və həcmverici başlıq olmaqla hər birinin fırçaları fərqlidir. 

Brendin sürmələri suyadavamlıdır, yayılmır. Qara rəngli və mat olmaqla iki formadadır.



Göz üçün qələm isə tünd göy, qara, qəhvəyi və ağ olmaqla dörd rəngdədir. Suyadavamlı, yayılmayan, yağlı qələmlərdi. 

Dodaq üçün qələmlər isə al qırmızı və tünd qırmızı rəngdədir. 

25 yaşdan yuxarı və gözaltı probleri olan xanımlarımız üçün korrektorlar mövcuddur.



Şişkinlik, gözaltı torba və digər qüsurları örtməyə kömək edir. İstifadə edəndə iz qoymur, qırışlara dolmur. 


[email protected]