Türkiyə Superkubokunun yeri müəyyənləşib.
İctimaifikir.az apasport.az-a istinadən xəbər verir ki, həlledici qarşılaşma Samsunda baş tutacaq.
TFF bir müddət əvvəl Superkubok matçının ölkə xaricində keçirilməsini planlaşdırırdı ki, variantlar arasında Bakı da var idi. Lakin son çempion "Beşiktaş"la ölkə kubokunun qalibi "Konyaspor"un Samsunda yeni inşa edilən stadionda üz-üzə gəlməsi qərara alınıb.
Superkubok avqustun 7-də baş tutacaq.