Amnesty International hüquq müdafiə təşkilatının Türkiyə nümayəndəliyinin başçısı İdil Eser saxlanılıb.
İctimaifikir.az virtualaz.org-a istinadən bildirir ki, xəbəri "Hurriyet" qəzeti yayıb.
Qəzetin məlumatlarına görə, polis əməkdaşları Eseri və daha 11 nəfəri İstanbul yaxınlığındakı Böyükada adasındakı mehmanxanalardan birində saxlayıblar.
Saxlanılmanın səbəbləri açıqlanmayıb.