Bu gün milli komandaların FİFA reytinqi açıqlanıb.
İctimaifikir.az apasport.az-a istinadən xəbər verir ki, siyahıda bir sıra dəyişikliklər olub.
Buna səbəb son 35 gündə DÇ-2018-in seçmə mərhələsində, Konfederasiyalar kubokunda keçirilən matçlar, həmçinin yoxlama görüşlərinin nəticələridi.
Azərbaycan millisi yeni cədvəldə 80-ci yerdə qərarlaşıb. Yığmamızın hesabında 427 xal var.
Ötən ay 439 xalla planetin 76-cısı olan Robert Prosineçkinin yetirmələri 12 xal itirib. Buna Şimali İrlandiya ilə Bakıdakı seçmə oyunundakı 0:1 hesabı ilə məğlubiyyət səbəb olub. Nəticədə komandamız 4 pillə geriləyib.