Belarusun paytaxtı Minsk şəhərində ATƏT Parlament Assambleyasının 26-cı illik sessiyası başlayıb.
İctimaifikir.az APA-ya istinadən xəbər verir ki, illik sessiyanın əsas devizi "ATƏT regionunda sülh və inkişaf naminə qarşılıqlı etimad və əməkdaşlığın möhkəmləndirilməsi"dir.
![]()
Öncə Daimi Komitənin iclası keçirilib və sessiyanın gündəliyinə salınacaq qətnamə layihələri müzakirə edilərək səsverməyə çıxarılıb. Təqdim olunan 15 qətnamə layihəsindən 14-ü sessiyanın gündəliyinə daxil edilib.
Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişilinin müəllifi olduğu "Multikulturalizm - qloballaşma şəraitində demokratiyanın inkişafında mədəni dəyərlərin rolu" qətnamə layihəsi gündəliyə salınan 7-ci qətnamə layihəsi olub. Qətnamə layihəsi əsasən müxtəlif mədəni dəyərləri qoruyub inkişaf etdirməklə, ATƏT regionunda demokratik inkişafa töhfə vermək və Azərbaycanın sahib olduğu multikulturalizm ənənələrini beynəlxalq hüquq müstəvisində yaymağı nəzərdə tutur.