ABŞ ehtiyatlılıq nümayiş etdirməli və bütün İslam dünyası üçün nümunə ola biləcək müsəlman ölkələrinin liderləri ilə çalışmağa başlamalıdır. Bu ölkələrdən biri də Azərbaycandır.
İctimaifikir.az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın nüfuzlu "The American Spectator" nəşrində Ceykob Kamaras yazıb.
Onun sözlərinə görə, ABŞ Yaxın Şərqdə yaşamayan müsəlman xalqlarına diqqət yönəltməlidir. "Bu mədəniyyətlərin əksəriyyəti yeni, dünyəvi demokratiyalara çevrilib. Əvvəllər Sovet İttifaqında yaşamış bu xalqlar bu gün Azərbaycanın, Qazaxıstanın, Özbəkistanın və digər ölkələrin suveren xalqlarıdır. Onlardan hər biri dünyəvi və stabil ölkələrdir".
C.Kamaras yazır ki, Azərbaycan stabil, dünyəvi, ultramüasir və inkişaf edən demokratiyadır.
Məqalədə yazılır: "Daha yaxşı gələcək mümkündür. Azərbaycanın onun birinci fəslini yazıb. Artıq digər ölkələrin tarixin digər fəsillərini yazmaq vaxtı çatıb".