"Everton" "Malaqa"dan hücumçu Sandro Ramiresi transfer edib.
İctimaifikir.az apasport.az-a istinadən xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı açıqlama yayıb.
Bildirilib ki, 21 yaşlı futbolçu ilə 2021-ci ilə qədər müqavilə imzalanıb. Bunun üçün "Malaqa"ya 5,2 milyon sterlinq ödənilib.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Sandro ötən mövsüm transfer olunduğu "Malaqa"da 31 oyuna 16 qol vurub.