Dənizdə batan kişinin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub.

İctimaifikir.az FHN-ə istinadən xəbər verir ki, dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq, 1971-ci il təvəllüdlü Rövşən Arif oğlu Hüseynovun cəsədini sudan çıxarıblar. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
 
Əməliyyat bu gün saat 08:05-də başa çatıb.

Dənizdə batan kişinin meyiti tapıldı


[email protected]