Bakıda mənzildən oğurluq olub.
İctimaifikir.az report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu, K.Balakişiyev küçəsində qeydə alınıb.
Həmin küçədəki evlərdən birində yaşayan 36 yaşlı Zaur Mirzəyevin mənzilindən açarseçmə yolu ilə içərisində 60 000 ABŞ dolları, 5 000 manat və 5 000 dollar dəyərində qızıl-zinət əşyaları olan seyf oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.