İyulun 6-da rəsmən açıqlanacaq FİFA reytinqində liderinin dəyişəcəyi dəqiqləşib.
İctimaifikir.az apasport.az-a istinadən xəbər verir ki, ikinci yarımilliyin ilk siyahısına Almaniya başçılıq edəcək.
Buna Bundestimin Konfederasiyalar kubokundakı qələbəsi səbəb olub. Yoahim Lövün yetirmələri ilk dəfə qazandıqları titul sayəsində dünya futbolunun liderinə çevrilib.
![]()
Son dünya çempionu olan Almaniya millisi bununla da Braziliyanı taxtdan salıb. Apreldə zirvəni ələ keçirən pentakampeonlar cəmi üç ay liderlik edə bilib.
Bundestim isə son 2 ildə ilk dəfə 1-ci pilləyə qalxıb. Almaniyalılar sonuncu dəfə 2015-ci ilin iyununda zirvədə yer almışdı. 25 aydan sonra liderə çevrilən komandanın aşağı pillələrdə qərarlaşdığı vaxtda Argentina, Belçika və Braziliya liderlik edib. 3-cü pillədən zirvəyə sıçrayan Bundestim hər iki Cənubi Amerika təmsilçisini arxada qoyub. Maraqlıdı ki, onlar finalda həmin qitənin daha bir komandası Çilini 1:0 hesabı ilə yenməklə kuboka yiyələnib.
Digər mükafatçıların da irəliləyəcəyi bəllidi. Portuqaliya 4 pilləlik sıçrayışla 4-ü, Çili isə 3 addımla 7-ci sıraya qalxıb.