Şəmkir rayonunda intihar hadisəsi baş verib.
Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Qasım İsmayılov kəndində baş verib. 1933-cü il təvəllüdlü Mehdiyev Mehdi Tapdıq oğlu özünü yaşadığı evdə asaraq intihar edib.
İntiharın səbəbi məlum deyil.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.