Ağstafada Kürdə batmış digər şəxsin də cəsədi tapılıb

Ağstafada Kür çayında batmış digər şəxsin də cəsədi tapılıb.

Ağstafada Kürdə batmış digər şəxsin də cəsədi tapılıb

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, iyulun 2-də Kür çayının Ağstafa rayonu, Saloğlu qəsəbəsindən keçən hissəsində batmış digər 1 nəfərin, 1991-ci il təvəllüdlü Şahlar Ramiz oğlu Mamayevin cəsədi saat 09:27-də nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Qeyd edək ki, 1993-cü il təvəllüdlü Qalib Cəlal oğlu Novruzovun cəsədi isə ötən gün saat 20:30-da tapılaraq sudan çıxarılmışdı.

 



[email protected]