Telefonla tualetə girməyin...

İndi hamının ağıllı telefonu var və hətta ayaqyoluna gedəndə də ondan istifadə etməyə çalışırıq. Musavat.com yazır ki, mütəxəssislərin açıqlamasına görə, ayaqyolunda telefondan istifadə etməyin inanılmaz zərərləri var.

Telefonlarda tualetlə müqayisədə 18 dəfə artıq bakteriya var. Onlar istifadəçilərin sağlamlığını riskə atacaq qədər təhlükəli görünür. Ayaqyoluna girəndə isə əlinizdə olan telefonlar tamamən bakteriya yuvası halına gəlir. Universitetdən həkim Simon Park, cib telefonlaarının ünsiyyət vasitəsi olmaqla paralel istifadəçinin şəxsi izlərini də daşıdığını deyib. Yəni, telefonlara yemək və içki də bulaşdırılır.

Mikrobların ən çox yayıldığı yer olaraq bilinən tualetlər, telefonunuza çox sürətli şəkildə yapışacaq və çoxalaraq təhdid yaradacaq. Bu cür çirkli bölgələrə girdiyiniz zaman telefonunuzu bayırda qoymalısınız. Bildiyiniz kimi xəstəlik və virusların ən asan yayılma yolu insandan insana keçiddir. Şəxsinizə aid telefonu birdən artıq insan istifadə edirsə, mikrobların artma və kütləvi xəstəliklərin sizə keçmə ehtimalı yüksək olur. Ağıllı telefonunuzun ekranı və arxa hissəsini təmizləmək üçün ekran təmizləyən spreylərdən istifadə etməlisiniz. Yaş dəsmalların telefona zərər verdiyini və cızıqlar yaratmağa səbəb olduğunu bilməyiniz olduqca faydalıdır. Telefonunuz üçün bu cür özəl spreylər hər zaman daha etibarlı olacaq. Telefonunuzun meqafon olan bakteriyalar qulağınızda hər hansı bir infeksiyaya səbəb ola bilər. Bu mikroblardan qorunmaq üçün telefon danışıqlarıızı qulaqcıq vasitəsilə etməniz daha məsləhətlidir.




[email protected]