Avropa Liqasının qalibi müəyyənləşdi

Kişi voleybolçular arasında Avropa Liqasına yekun vurulub.

Avropa Liqasının qalibi müəyyənləşdi

İctimaifikir.az  apasport.az-a istinadən xəbər verir ki, yarışın qalibi adını Ukrayna millisi qazanıb.

Onlar finalda Makedoniya millisini məğlub ediblər - 3:1 (25:15, 25:22, 24:26, 25:13).
 
Üçüncü yer uğrunda qarşılaşmada isə İsveç "Dördlər finalı"nın ev sahibi Danimarkadan üstün olub. Onlar da rəqiblərinə 3:1 (25:23, 16:25, 25:19, 25:21) hesabi ilə qalib gəliblər.
 
Qeyd edək ki, Avropa Liqasının bu mövsümündə Azərbaycan millisi də mübarizə aparıb. Lakin komandamız qrupda bütün oyunlarda məğlub olduqlarından qrupda qalıb. 




[email protected]