Azərbaycanda qızıl istehsalçısı olan "Anglo-Asian Mining” (AAM) şirkəti 2017-ci ildə 72 min unsiya qızıl hasil etmək niyyətindədir.
Trend bildirir ki, bu barədə şirkətin baş direktoru Reza Vəziri məlumat verib.
Onun sözlərinə görə, şirkət 2016-ci ildə 65 min unsiyadan çox qızıl hasil edib.
Baş direktor bildirib ki, 2016-cı ilin yekunlarına görə, düzgün siyasətin nəticəsi olaraq şirkət yenidən gəlir əldə edib.
Onun sözlərinə görə, bir unsiya qızılın hasili üçün xərc 2015-ci ildə 858 dollar təşkil edirdisə, 2016-ci ildə bu göstərici 616 dollar təşkil edib.
Şirkətin gəliri vergitutmadan əvvəl 6,8 milyon dollar təşkil edib, ümumi borcu isə 14 milyon dollar azalaraq 35 milyon dollar olub.