Rumıniya səfirliyinin Konsulluq Şöbəsi fəaliyyətini məhdudlaşdırır Böyüt

İyulun 3-dən avqustun 11-dək Rumıniyanın Azərbaycandakı səfirliyinin Konsulluq Şöbəsi məhdud şəkildə fəaliyyət göstərəcək.

 Rumıniya səfirliyinin Konsulluq Şöbəsi fəaliyyətini məhdudlaşdırır  Böyüt

APA-nın səfirliyə istinadən verdiyi məlumata görə, bu müddət ərzində yalnız viza və təcili səyahət sənədləri veriləcək.

 

Digər konsulluq xidmətləri üçün (vətəndaşlıq, vətəndaşlıq vəziyyəti haqqında sənədlər, notarial sənədlər, Rumıniyadan sənədlərin alınması və pasportlar) Rumıniyanın Tbilisidəki səfirliyinin Konsulluq Şöbəsi və ya Rumıniyanın İstanbuldakı Baş Konsulluğu xidmət göstərəcək.

 

Səfirlik Azərbaycandakı Rumıniya vətəndaşlarına konsulluq yardımı və konsulluq müdafiəsini həyata keçirməkdə davam edəcək.





[email protected]