Azərbaycanda bayram günlərində qorxunc statistika: 14 ölü, 79 yaralı

Ardıcıl 5 gün davam edən istirahət günlərində Azərbaycanda baş vermiş yol qəzalarında 14 nəfər həyatını itirib. İctimaifikir.az Lent.az-a istinadən xəbər verir ki, iyunun 28-də ölkə yollarında 16 avtomobil qəzası baş verib. Nəticədə 4 nəfər ölüb, 21 nəfər isə xəsarət alıb. Belə ki, Ağdaşda və Bakının Xətai rayonunda avtomobillər piyadaları vuraraq öldürüb. Masallıda isə minik avtomobilinin yük maşınına çırpılması nəticəsində ana və oğlu ölüb, 3 nəfər isə xəsarət alıb.


 Azərbaycanda bayram günlərində qorxunc statistika: 14 ölü, 79 yaralı

Son 5 gündə ölkə yollarında baş vermiş qəzaların statistikası belədir:

24 iyun: 12 hadisə, 2 ölü, 16 yaralı

25 iyun: 11 hadisə, 3 ölü, 12 yaralı

26 iyun: 8 hadisə, 2 ölü, 17 yaralı

27 iyun: 12 hadisə, 3 ölü, 13 yaralı

28 iyun: 16 hadisə, 4 ölü, 21 yaralı.

 

Ümumilikdə geridə qalan istirahəıt günlərində 59 yol nəqliyyat hadisəsi baş verib ki, bu hadisələr nəticəsində 14 nəfər həyatını itirib, daha 79 nəfər isə ağır bədən xəsarəti alıb.




[email protected]