Neft bahalaşdı

Dünya birjalarında neft bahalaşıb.

İctimaifikir.az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,20 dollar və ya 0,45% artaraq 44,94 dollar təşkil edib.

Neft bahalaşdı
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,17 dollar və ya 0,36% artaraq 47,48 dollar olub.
 
Beləliklə, WTI markalı neft iyunun 19-dan etibarən psixoloji baryer olan 45 dollar həddini aşıb.
 
Neftin bahalaşdıran əsas amil ABŞ-da hasilatın azalmasıdır. Ötən gün ABŞ Energetika Nazirliyi bəyan edib ki, ölkənin kommersiya ehtiyatları (strateji ehtiyatlar nəzərə alınmadan) iyunun 23-də başa çatana həftə ərzində 0,1 mln barel artaraq 509,2 mln barelə çatıb. Analitiklər ehtiyatların 2,585 mln barel azalaraq 506,515 mln barelə çatacağını proqnozlaşdırırdı. Lakin həftə ərzində ölkədə sutkalıq neft hasilatı 1,07% və ya 100 min barel azalaraq 9,25 mln barelə çatıb.




[email protected]