Türkiyə hərbçiləri PKK-nın İraqdakı mövqelərinə zərbələr endirdi: 7 ölü

Türkiyənin Hərbi Hava Qüvvələri PKK terrorçularının İraqdakı mövqelərinə zərbələr endirib.


Bu barədə "Anadolu" agentliyi xəbər verib.


Xəbərdə bildirilir ki, terrorçuların İraqın şimalındakı Avaşin-Basyan rayonundakı mövqelərinə endirilmiş hava zərbələri nəticəsində PKK-nın 7 silahlısı zərərsizləşdirilib. Onlar Türkiyənin İraqla sərhəddə yerləşən bazasına hücum etməyi planlaşdırımış.


Qeyd edək ki, ABŞ və Avropa İttifaqı PPK-ı terrorçu təşkilatlar siyahısına salıb. Onun üzvləri Türkiyənin dövlət orqanlarına və vətəndaşlarına silahlı hücumlar təşkil edirlər.




[email protected]