ABŞ-ı ciddiyə almaq lazımdır - BMT

ABŞ-ın Suriyada Əsəd rejiminin kimyəvi hücuma hazırlaşması ilə bağlı iddialarını ciddiyə almaq lazımdır.


İctimaifikir.az  xəbər verir ki, bu sözləri BMT Baş katibi Antonio Quterreş deyib.

"Bunun ciddi xəbərdarlıq olduğunu düşünürəm. Ciddi xəbərdarlıqlar diqqətə alınmalıdır”, - Quterreş bildirib.

Qeyd edək ki, ABŞ Əsəd rejiminin növbəti kimyəvi hücuma hazırlaşdığını bildirib. Əsəd rejimi isə bu iddiaları rədd edib.




[email protected]