Bu gün Konfederasiyalar Kubokunda ikinci yarımfinal matçı keçiriləcək.
İctimaifikir.az apasport.az-a istinadən xəbər verir ki, Çilidən sonra Almaniya və Meksika da həlledici oyun üçün meydana çıxacaqlar.
![]()
Son dünya çempionu bundestim şimali amerikalıları sınağa çəkəcək. Yoahim Löv komandasını turnirə ikinci heyətlə gətirdiyindən, heç də cütlüyün aşkar favoriti sayılmır.
Düzdü, Almaniya qrupda Avstraliya (3:2) və Kamerun (3:1) üzərində qələbə qazanıb, Çili ilə (1:1) bərabərə qalıb.
Ancaq Meksika da A qrupunda eyni göstəriciyə imza atıb (Portuqaliya - 2:2, Yeni Zelandiya - 2:1, Rusiya - 2:1).
FİFA Konfederasiyalar Kuboku-2017
Yarımfinal
29 iyun
22:00. Almaniya - Meksika
Soçi. "Fişt" stadionu