SON XƏBƏRLƏR
Ronaldo İspaniyanın vergi qurumlarına 14,7 mln. avro ödəməkdən imtina edib

"Real” (Madrid) futbol klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu İspaniyanın vergi qurumlarına 14,7 mln. avro ödəməkdən imtina edib. 

APA-nın "Marca”ya istinadən verdiyi xəbərə görə, 32 yaşlı futbolçu iyulun 31-də öz mövqeyini məhkəmə qarşısında izah etmək niyyətindədir. Ronaldunun proseslə əlaqədar artıq "Baker & McKenzie” beynəlxalq hüquq şirkətinin iki vəkili ilə müqavilə bağladığı bildirilir. 

Qeyd edək ki, K.Ronaldu 2011-2014-cü illərdə İspaniyanın dövlət qurumlarına 14,7 mln. avro vergidən yayınmaqda şübhəli bilinir.



ictimaifikir.az@mail.ru