Qusar və Bərdə rayonlarında yanğın hadisəsi qeydə alınıb.
Qusar rayonunda yanğın vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 6 otaqlı evdə baş verib. Nəticədə evin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 120 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bərdə rayonu, Yeni Əyricə kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 15 m2 olan talvarın altında dayanmış "VAZ” markalı minik avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 00:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.