2017-ci il üzrə dövlət büdcəsinə yenidən baxılacaq

Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsinə yenidən baxılacaq. APA-nın məlumatına görə, bununla bağlı "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əlavə və dəyişikliklərin edilməsi təklif edilir.


Layihənin iyunun 30-da Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacağı gözlənilir.


Əlavə və dəyişikliklərin məzmununun yaxın günlərdə açıqlanacağı gözlənilir.


Ramazan bayramında neçə gün qeyri-iş günü olacaq?


Hazırda müqəddəs Ramazan ayının son günlərini yaşayırıq. Bugünlərdə insanları düşündürən əsas sual Ramazan bayramı ərəfəsində neçə günün rəsmi olaraq qeyri-iş günü olacağıdır.


"Yeni Müsavat” olaraq, bu barədə mətbuatda gedən məlumatları dəqiqləşdirmək üçün Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli ilə əlaqə saxladıq.


Akif Əli bildirdi ki, bu il Ramazan bayramı və Silahlı Qüvvələr Günü üst-üstə düşdüyündən və daha öncəki günlər də şənbə və bazar gününə təsadüf etdiyindən qeyri-iş günlərinin sayı artacaq.


Nazirlə Kabineti sözçüsü bildirdi ki, 26, 27 iyun Ramazan bayramı münasibətilə qeyri-iş günüdür: "Lakin ayın 26-da həm də Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd ediləcək. 26 iyun tarixində iki bayram üst-üstə düşdüyü üçün 28 iyun da bayram günü olacaq. 24, 25 iyun tarixləri isə şənbə-bazar olduğundan 5 gün ard-arda qeyri-iş günü olacaq”.




[email protected]