Bakıda 50 yaşlı kişi döyülərək xəsarət alıb.
İctimaifikir.az report.az-a istinadən bildirir ki, hadisə Səbail rayonunda qeydə alınıb.
Belə ki, Bayıl qəsəbəsi, Aydın Məmmədov küçəsində 50 yaşlı Xəlilov Vüqar Əliheydər oğlu tanışları ilə mübahisə edib. Mübahisə davayla nəticələnib.
Nəticədə V.Xəlilov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Səbail Rayon Polis İdarəisinin 8-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib, araşdırma aparılır.