Elmi tədqiqat institutlarının məşğul olacağı sahibkarlıq fəaliyyəti növləri müəyyənləşdirilib

Nazirlər Kabineti "Elmi tədqiqat institutunun məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında" qərar verib.

Elmi tədqiqat institutlarının məşğul olacağı sahibkarlıq fəaliyyəti növləri müəyyənləşdirilib

İctimaifikir.az APA-ya istinadən xəbər verir ki, qərara əsasən elmi tədqiqat institutlarının nizamnamələrində nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, məşğul olmasına yol verilən aşağıdakı sahibkarlıq fəaliyyəti növləri müəyyən edilib:

 

- təcrübə-konstruktor, elmi layihələndirmə işlərinin həyata keçirilməsi;
- elmi nailiyyətlərin tətbiqi yolu ilə elmtutumlu məhsulların istehsalı və satışı;
- kitabxana, nəşriyyat və kitab satışı xidmətləri;
- məsləhət-konsaltinq xidmətləri;
- ödənişli laboratoriya testləri və sınaq işləri;
- layihə və müsabiqə sənədlərinin hazırlanması;
- elmi-praktiki tədbirlərin təşkili, sistem və şəbəkə dəstəyi xidmətləri;
- informasiya xidmətləri;
- sifarişlər əsasında elmi araşdırma və tədqiqatların aparılması, ekspert rəyinin verilməsi;
- elmi tədqiqat institutunun fəaliyyət  istiqamətlərinə zidd olmayan işlərin görülməsi və
xidmətlərin göstərilməsi.




[email protected]