Lənkəranda naməlum şəxslər evə basqın edib, qadın qətlə yetirilib, qızı yaralanıb.
İctimaifikir.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Liman şəhərində qeydə alınıb. Liman şəhər sakinləri 63 yaşlı Nəcəfova Arifə Əsəd qızı və 40 yaşlı Nəcəfova İlahə Təvəkkül qızı çoxsaylı bıçaq yarası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Əməliyyata götürülən Arifə Nəcəfova həkimlərin səylərinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.
Hazırda İlahə Nəcəfovanın əməliyyatı davam etdirilir.
Hadisəni törədən şəxs və ya şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir.