Tarixin ilk kosmos ölkəsində kimlər yaşamaq istəyir?

Kosmosda "Asgardia” adlı bir ölkə qurmağı hədəfləyən layihənin reallaşması üçün ilk addımlar atılıb.

Təxminən 100.000 insanın məskunlaşacağı və Yerin orbitində qurulacaq Asgardiada yaşamaq üçün ən çox müraciət Çindən (31.853) daxil olub. Çindən sonrakı yeri 29 min 82 müraciət ilə Türkiyə tutur.

Qeyd edək ki, Parisdə təşkil edilən iclasda elm adamları tərəfindən elan edilən kosmos stansiyasında yaradılacaq ilk ölkədə insanların öz qaydalarıyla yaşaması, həmçinin həmin ölkənin dünyanı meteoridlərdən, kosmos tullantısı və digər təhlükələrdən qoruması nəzərdə tutulur.

 





[email protected]