Ötən gecə Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
Sulutəpə qəsəbəsində 1958-ci il təvəllüdlü Ağayev Əlizadə Mirağa oğlu qardaşı ilə mübahisə edib.
Əlbəyaxa dava zamanı qardaşı Ə.Ağayevə qarnının ön divarına və döş qəfəsinə 9 bıçaq zərbəsi vurub. Xəsarət alan şəxs xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.