SON XƏBƏRLƏR
Bunu bilsəniz, elektron siqaret çəkməzsiz

Elektron siqaretlərin buxarı yaraların sağalmasını ləngidir.

İctimaifikir.az xəbər verir ki, xüsusən də xora və ağız yaralarının sağalıb birləşməsi çətinləşir. Nyu-Yorkun Roçester Universitetinin araşdırmaçıları bildirirlər ki, elektron siqaretin tərkibində olan kimyəvi maddələr orqanizmin özünübərpasına mənfi təsir göstərir.

Bunu bilsəniz, elektron siqaret çəkməzsiz

 

Alimlər bunu ağız və mədə xoraları yarası olan xəstələri müşahidə edərkən üzə çıxarıblar. Yaraları gec sağalan və ya ümumiyyətlə, sağalmayan xəstələrin elektron siqaretdən istifadə etdiyi məlum olub. Halbuki elektron siqaret bütün dünyada ənənəvi siqaretin daha ziyansız alternativi kimi təklif olunur. (publika.az)




[email protected]