4 yaşlı qızı cərəyan vuraraq öldürüb

Abşeronda uşaq ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

İctimaifikir.az report.az-a istinadən bildirir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.


Belə ki, 2013-cü il təvəllüdlü Həsənova Müşgünaz Pərviz qızı evdə oyun oynayarkən ehtiyatsızlıqdan əlini elektrik sayğaçının açıq naqilinə vurub. Nəticədə cərəyan onu divara çırpıb və uşaq hadisə yerində ölüb.

 

Fakt araşdırılır.




[email protected]