"Cadugər ovu”na baxmayaraq, hökumət öz proqramını sürətlə həyata keçirilir.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp barəsində açılan cinayət işi ilə bağlı Tvitter hesabında yazıb.
"Yeni iş yerləri, yüksək perspektiv, imzalanan 36 qanun layihəsi, yeni səhiyyə xidməti, vergi güzəştləri ilə bağlı görülən işlər də öz yerində...” – deyə Ağ Ev rəhbəri bildirib.
Qeyd edək ki, Tramp bir müddət əvvəl Tvitter hesabında FTB-nin keçmiş direktoru Ceyms Komini vəzifədən azad etdiyi üçün ona cinayət işi açıldığını bildirmişdi.