Bakıda 31 yaşlı kişinin üstünə reklam lövhəsi aşıb.
İctimaifikir.az report.az-a istinadən bildirir ki, hadisə Nərimanov rayonunda, "Koroğlu" metrostansiyasının yaxınlığındakı parkın ərazisində qeydə alınıb.
Belə ki, 31 yaşlı Samir Bağırovun üstünə reklam lövhəsi aşıb. Nəticədə S. Bağırov xəsarət alıb.
Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.