Bakıda mənzildə cəsəd tapılıb

Bakı şəhəri, Nizami rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bakıda mənzildə cəsəd tapılıb

Fövqəladə Hallar Nazirliyindən   verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1983-cü il təvəllüdlü Ünal Hüseyn Bostan oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

 

Əməliyyat saat 22:26-da başa çatıb.




[email protected]