Dünya çempionatı yolunda

Avropa zonasında dünya futbol çempionatının seçmə mərhələsi avqust ayından davam edəcək. C qrupunda yarışan Azərbaycan milli komandası iyunun 10-u Bakıda Şimali İrlandiyaya 0:1 uduzaraq dünya çempionatına vəsiqə almaq şansını heçə endirib.

Novator.az bildirir ki, 6 turdan sonra Almaniya 18 xalla qrup lideridir. Şimali İrlandiyanın 13, Çexiyanın 9, Azərbaycanın 7, Norveçin 4 xalı var. San Marino xalsızdır.

2018-ci ildə Rusiyada keçiriləcək final mərhələsinə qrup qalibi birbaşa vəsiqə alır, ikinci yeri tutan komanda isə bunun üçün əlavə oyunlar şansı qazanır. İkinci yer komandalara dərhal pley-offa vəsiqə vermir. Bunun üçün göstəricilərə görə qrup ikinciləri arasında səkkizliyə düşmək şərtdir. C qrupunda bu göstəricilərdə autsayder San Marino ilə oyunların nəticələri qeydə alınmayacaq.

Qalan oyunlar:

1 sentyabr

Çexiya – Almaniya

Norveç – Azərbaycan

San Marino – Şimali İrlandiya

4 sentyabr

Azərbaycan – San Marino

Almaniya – Norveç

Şimali İrlandiya – Çexiya

5 oktyabr

Azərbaycan – Çexiya

Şimali İrlandiya – Almaniya

San Marino – Norveç

8 oktyabr

Çexiya – San-Marino

Almaniya – Azərbaycan

Norveç – Şimali İrlandiya.

Son 4 tur ərəfəsində A qrupunda 13 xalla İsveç və Fransa liderlik edirlər.

B qrupunda İsveçrə 18 xalla birinci, Portuqaliya 15 xalla ikincidir.

D qrupunda öndə gedən Serbiya və İrlandiyanın 12 xalı var.

E qrupunda Polşa 16 xalla önə çıxıb, Monteneqro və Danimarkanın 10 xalı var.

F qrupunda İngiltərə 14 xalla birinci, Slovakiya 12 xalla ikinci yerdədir.

G qrupunda liderlərin – İspaniya və İtaliyanın 16 xalı var.

H qrupunda Belçika 16 xalla liderdir. Yunanıstan 12 xal toplayıb.

İ qrupunda Xorvatiya və İslandiyanın 13, Ukrayna və Türkiyənin 11 xalı var.




[email protected]