Tovuz sakini intihara cəhd edib
Tovuzda intihara cəhd olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Düz Çırdaxan kənd sakini, 1978-ci il təvəllüdlü Quliyeva Elnarə dərman zəhərlənməsi əlaməti ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, qadın dərman həbləri içərək özünə qəsd etmək istəyib.
Faktla bağlı araşdırma aparılır.
[email protected]