Xaçmazda intihar hadisəsi baş verib.
İctimaifikir.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Bostançı kəndindində qeydə alınıb.
Belə ki, 1939-cu il təvəllüdlü Tahir Şahbazov yaşadığı evin bağ sahəsində yerləşən xurma ağacından özünü asıb.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.