Balakəndə 55 yaşlı kişi zəhərləndi

Balakəndə 55 yaşlı kişi qidadan zəhərlənib.

Balakəndə 55 yaşlı kişi zəhərləndi

İctimaifikir.az xəbər verir ki, Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, iyunun 11-də saat 23.00 radələrində rayonun Şərif kənd sakini, 1962-ci il təvəllüdlü Səməd Ömər oğlu İsayev zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Məlum olub ki, Səmər İsayev köhnəlmiş balıq yeyib. İlkin ehtimala görə, o, balıqdan zəhərlənib. Səməd İsayevin mədəsindən götürülmüş qida nümunələr analiz edildikdən sonra onun hansı qidadan zəhərlənməsini dəqiq söyləmək mümkün olacaq.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Səməd İsayevə lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir. 




[email protected]