ABŞ polisi Milli Futbol Liqasının oyunçusu Ceyms Hardinin ölümünün səbəblərini araşdırır.

Bu barədə "Rolling Stone" nəşri məlumat yayıb. Jurnalistlərin sözlərinə görə, idmançının meyiti İndiana ştatının Fort-Ueyn şəhərindən keçən Momi çayından tapılıb. Qeyd olunur ki, sabiq futbolçu bir neçə həftə əvvəl itkin düşüb.
O, "Baltimor Reyvens", "Nyu-İnqlend Petriots" və İndiana Universiteti komandalarında çıxışları ilə məşhurdur.