Magistraturaya ixtisas seçimi başladı

İyunun 9-dan 19-dək ali məktəblərin magistratura səviyyəsinə internet vasitəsi ilə ixtisaslaşma seçimi başlayıb.

İctimaifikir.az lent.az-a istinadən xəbər verir ki, müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar.

Magistraturaya ixtisas seçimi başladı
 
Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ümumilikdə 7709 plan yeri ayrılıb.
 
5541 yer (71.88 %) Azərbaycan bölməsi, 702 yer (9.11 %) rus bölməsi, qalan 1466 yer (19.01 %) isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub.
 
Qəbul planı üzrə yerlərin 6535-i dövlət (84.77 %), 1174-ü (15.23 %) isə özəl ali təhsil müəssisələrinin payına düşür. Dövlət sifarişi əsasında qəbul aparılan yerlərin sayı 2408-dir. 




[email protected]