Amerika fond bazarında Dow Jones indeksi 0,04% - 21 182,53 bəndədək, S&P 500 0,03% - 2 433,79 bəndədək, NASDAQ isə 0,39% - 6 321,77 bəndədək bahalaşıb.
İctimaifikir.az APA-ya istinadən xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,38% - 7 449,98 bəndədək, Fransa CAC-40-ı 0,02% - 5 264,24 bəndədək ucuzlaşıb, Almaniya DAX-ı 0,32% - 12 713,58 bəndədək bahalaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,90 dollar azalaraq 1 277,60 dollara, gümüş isə 0,06 dollar azalaraq 17,36 dollara satılıb.