Bakıda intihara cəhdin qarşısı alınıb

Bakının Xəzər rayonunda 1 nəfərin intihar etmək məqsədi ilə yüksək gərginlikli elektrik dirəyinə çıxması barədə məlumat daxil olub.

Bakıda intihara cəhdin qarşısı alınıb

Fövqəladə Hallar Nazirliyindən   verilən məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib.

 

Əməliyyat saat 04:44-də başa çatıb.




[email protected]